İl ərzində Rusiyaya Ukrayna və Donbassdan 5,3 milyondan çox qaçqın gəlib

TASS hüquq-mühafizə orqanlarının nümayəndəsinə istinadən xəbər verir ki, il ərzində Ukrayna və Donbassdan Rusiyaya 5,3 milyondan çox qaçqın gəlib.

Mənbənin məlumatına görə, ötən ilin fevralından Rusiyaya gələnlər arasında 738 min uşaq da var.

Qeyd olunur ki, Rusiyanın 64 regionunda 40 mindən bir qədər çox insan müvəqqəti məskunlaşma mərkəzlərindədir. Onlara tibbi və hüquqi yardım göstərilib, adambaşına 10 min rubl birdəfəlik ödənişlər edilib

Mənbə: TASS

İctimai.az

Oxşar xəbərlər