Çin Tayvan prezidentinin ABŞ ərazisindən tranzitini təxribat adlandırıbbackend

Pekin Vaşinqtonu Tayvan prezidenti Tsay İnq-venin ABŞ ərazisindən tranzit keçməsinə icazə verməməyə çağırıb.

Bu barədə “Reuters” məlumat yayıb

Dövlət Şurasının Tayvan İşləri İdarəsi bildirib ki, Tayvan liderinin ABŞ-a səfəri “əslində təxribatdır”.

Çin Dövlət Şurasının Tayvan İşləri İdarəsinin sözçüsü Zhu Fenglian deyib ki, ABŞ Nümayəndələr Palatasının sədri Kevin Makkarti ABŞ ərazisindən tranzit keçərkən Tayvan prezidenti Tsai İnq-ven ilə görüşsə, Çin buna cavab verəcək.

İctimai.az