Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev parlamentdə (Qazaxıstan parlamentinin aşağı palatası. – Gazeta.Ru) yerlərin əksəriyyətini qazanan “Amanat” partiyasını baş nazirliyə namizəd irəli sürməyə dəvət edib.
Bu barədə RİA Novosti məlumat yayıb.
“Seçkidə qalib gələn partiyanın dövlət başçısına baş nazir vəzifəsinə namizəd irəli sürmək hüququ var.
Bununla da bu partiya öz üzərinə siyasi məsuliyyət daşıyacaq ki, bu da “güclü prezident – nüfuzlu parlament – hesabatlı hökumət” düsturunu bir daha təsdiqləyir”, – deyə prezident bildirib.
İctimai.az
