Çin Tayvanın müstəqillik cəhdinin müharibə təhlükəsinə səbəb olacağını deyirbackend

Çin Müdafiə Nazirliyinin sözçüsü Zhang Xiaogang deyib ki, Tayvanın müstəqilliyi regional sülhlə bir araya sığmır.

Xiaogang qeyd edib ki, Tayvanın müstəqilliyə can atması tayvanlılar üçün “müharibə təhlükəsi”nə və “dözülməz əzablara” səbəb ola bilər. O, Çinin “Boğazda ildırım gurultusu – 2025A” hərbi təlimləri barədə belə danışıb.

Aprelin 2-də məlum olub ki, “Şandunq” aviadaşıyıcısı Çin Xalq Azadlıq Ordusunun (AXO) təlimləri zamanı Tayvana zərbələr endirmək üçün istifadə olunub.