Ukraynada “seçkilərə hazırlıq yoxdur”, 2025-ci ilin mayında hərbi vəziyyətin ləğvini və seçkiləri elan etmək “bir az çətindir”.
Bunu Ukraynanın 24-cü kanalında Ukrayna lideri Vladimir Zelenskinin ofis rəhbərinin müşaviri Mixaylo Podolyak efirdə deyib.
“Seçkilərə hazırlıq yoxdur. Mayın 8-də və ya 9-da hərbi vəziyyətin ləğv ediləcəyini və seçkilərin 6 aydan sonra keçiriləcəyini söyləmək, yumşaq desək, bir qədər çətindir”, – o vurğulayıb.
Ötən gün “Strana.ua” öz mənbələrinə istinadən xəbər verir ki, Ukrayna prezidentinin aparatı dövlət başçısı seçkilərinə hazırlığa başlayıb. Nəşr qeyd edir ki, Ukrayna hakimiyyəti may ayının əvvəlinə qədər atəşkəsin bağlanacağına tam əmin deyil, lakin bunu da istisna etmirlər.