Çin təyyarələri və gəmiləri Tayvanda yaxınlaşıbbackend

Çin Xalq Azadlıq Ordusunun (AXO) 5 gəmisi və 23 təyyarəsi son 24 saat ərzində Tayvana yaxınlaşıb.

Bu barədə ada dövlətinin Müdafiə Nazirliyi X sosial şəbəkəsində məlumat yayıb.

Müdafiə Nazirliyinin məlumatına görə, 20 Çin təyyarəsi Tayvan boğazının “median xəttini” keçərək Tayvan hava hücumundan müdafiə qüvvələrinin əməliyyat zonasına daxil olub.

İyunun 16-da “Financial Times” yazıb ki, Çin prezidenti Si Cinpin Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Leyenə ABŞ-ın Çini Tayvana hücuma təhrik etdiyini deyib. Nəşrin məlumatına görə, söhbət 2023-cü ilin aprelində olub. Si Cinpinin sözlərinə görə, Vaşinqton Pekini aldatmaqla adaya hücum etməyə çalışıb, lakin Çin lideri təxribata boyun əyməyib.

Mənbə: Haber Global