Çin hakimiyyəti Ukrayna münaqişəsinin həllində Cənubi Afrika Respublikası ilə əlaqələri gücləndirmək planlarını açıqlayıb.
TASS xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyi məlumat yayıb.
Çin hökumətinin Avrasiya məsələləri üzrə xüsusi nümayəndəsi Li Hui Cənubi Afrikaya səfəri zamanı Ukrayna məsələsinin ən məqbul həllinə nail olmaq üçün birləşməyi təklif edib.
“Bütövlükdə beynəlxalq ictimaiyyət Ukrayna böhranının deeskalasiyasına kömək etməyin zəruriliyi ilə razıdır”, – diplomat qeyd edib.