Şimali Koreya daşqından sonra Rusiyadan kömək istəyə bilərbackend

Şimali Koreya lideri Kim Çen In bildirib ki, ölkəsi daşqınların nəticələrinin aradan qaldırılması üçün Rusiyadan kömək istəyə bilər. Bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) məlumat yayıb.

Onun sözlərinə görə, fəlakətin nəticələrinin aradan qaldırılması zamanı dəstəyə ehtiyac olarsa, Şimali Koreya kömək üçün Rusiya Federasiyasındakı “ən səmimi dostlarına” müraciət edəcək.

KXDR lideri həmçinin Rusiya prezidenti Vladimir Putinə belə yardım göstərməyə hazır olduğuna görə minnətdarlığını bildirib. KCNA-nın qeyd etdiyi kimi, Kim Çen In “ən çətin anda əsl dosta qarşı xüsusi hisslər hiss etdi”.

Mənbə: lenta.ru