Çin və Braziliya Ukraynadakı münaqişənin həlli planını canlandırmaq istəyirbackend

Çin və Braziliya sentyabrın 27-də Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində görüş keçirmək niyyətindədirlər və bu görüş zamanı Ukrayna münaqişəsinin həlli üçün öz sülh planı məsələsini qaldıracaqlar.

Bu barədə South China Morning Post (SCMP) məlumat yayıb.

Nəşrin məlumatına görə, ən azı 20 ölkə görüşdə iştirak edəcəyinə söz verib. Bunlara Azərbaycan, Kolumbiya, Misir, Keniya, Meksika, Səudiyyə Ərəbistanı, Tailand, BƏƏ və Vyetnam daxildir. Lakin ABŞ və Avropa İttifaqı nümayəndələrinin iştirakı nəzərdə tutulmayıb.

Materialın müəllifləri görüşün hansı səviyyədə baş tutacağını dəqiqləşdirməyiblər.

Mənbə: A haber