Çin və Cənubi Afrika Respublikası (CAR) hesab edir ki, Ukraynadakı münaqişə siyasi yolla həll edilməlidir.
TASS xəbər verir ki, bu barədə Çinin sədri Si Tsinpin və Cənubi Afrika Respublikasının prezidenti Siril Ramafosa arasında Pekində keçirilən danışıqların yekunu üzrə iki ölkənin birgə bəyanatına istinadən məlumat verilib.
Sənədə əsasən, hər iki tərəf inklüziv dialoq və sülh danışıqlarının böhranın davamlı həllinin tapılmasının yeganə mümkün siyasi yolu olduğu barədə razılığa gəlib. Çin və Cənubi Afrika Rusiya və Ukraynanı hərbi əməliyyatların genişlənməsinin və eskalasiyasının qarşısını almağa, eləcə də “oda yağ tökməyə” çağırıb.
Bundan əvvəl Avropa Komissiyası (AK) bildirmişdi ki, Avropa İttifaqı (Aİ) Çinin Ukrayna üzrə gələcək sülh konfransında iştirakını əsas məsələ hesab edir, çünki Pekin Moskvaya yaxındır. AK həmçinin qeyd edib ki, Rusiyanın bu tədbirdə iştirakı zəruri olacaq, lakin nə vaxt qərar verməli olan Aİ deyil.