ABŞ-ın keçmiş prezidenti Donald Tramp 2020-ci il seçkilərinə müdaxilə etmək hüququna malik olduğunu bəyan edib.
Tramp bu barədə Amerikanın Fox News telekanalına müsahibəsində danışıb.
Keçmiş dövlət başçısı onun tam haqqı olan prezident seçkilərinə müdaxilədə ittiham olunmasından çaşqınlıq və hiddət hissi keçirdiyini bildirib.
Tramp ABŞ Ədliyyə Nazirliyini agentliyin təqibinin hədəfi olduğuna görə tənqid edib. Eyni zamanda, eks-prezident cinayət işlərinin onun amerikalılar arasında populyarlığını yalnız artırdığını vurğulayıb.
Mənbə: Haber Global