Zelenski ABŞ-dan Rusiya ərazisinə zərbələr endirməyə razılıq istəyəcəkbackend

Ukrayna prezidenti Vladimir Zelenski son dəfə ABŞ-dan Rusiya ərazisinin dərinliklərindəki hədəflərə uzaq mənzilli silahlardan zərbələr endirmək üçün razılıq almağa çalışacaq. Bu barədə “The Economist” yazır.

Məqalədə deyilir ki, Zelenski bu həftə Nyu-Yorkda ABŞ prezidenti Co Baydenə müraciət edəcək. Ağ Ev rəhbəri Ukrayna liderinin xahişini təsdiq etməsə, o, bu məsələyə baxacaq növbəti administrasiyaya təqdim edəcək.

Avqustun 29-da Ukraynanın xarici işlər naziri Dmitri Kuleba bəyan edib ki, Kiyev Qərb ölkələrindən Rusiya ərazisinə dərin zərbələr endirmək üçün uzaqmənzilli raketlərdən istifadə etmək üçün razılıq almağı gözləyir. O qeyd edib ki, Ukrayna eksklüziv olaraq qanuni hərbi obyektlərə zərbələr endirməyi planlaşdırır. Söhbət Rusiyanın hərbi aerodromlarından gedir, Ukrayna Xarici İşlər Nazirliyinin rəhbəri aydınlıq gətirib.