AK prezidenti Von der Leyen Avropa komissarları vəzifələrinə qadınların namizədliyini irəli sürməyi tələb edibbackend

Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Leyen Avropa İttifaqı ölkələrindən AK-nin yeni tərkibində Avropa komissarları vəzifələrinə qadınların namizədliyini irəli sürməyi tələb edib.

Bu barədə Avropa rəsmiləri arasında olan mənbələrə istinadən “Politico” məlumat yayıb.

Nəşr yazır ki, AK rəhbəri bununla kişilərin çoxluq təşkil etdiyi komanda formalaşdırmaqla bağlı potensial biabırçılığın qarşısını almağa çalışır.

Üç AB diplomatı qəzetə bildirib ki, von der Leyen Malta və Sloveniya da daxil olmaqla ən azı beş Aİ ölkəsinə təzyiq edib. O, həmçinin gələcəkdə onlar arasında seçim edə bilməsi üçün hər iki cinsdən iki potensial Avropa komissarının namizədliyini irəli sürməkdə israr etdi.

Mənbə: A Haber