Çin Xalq Respublikasının sədri Si Cinpin martın 20-22-də Rusiyaya dövlət səfəri edəcəkbackend

Kremldən bildirilib ki, prezident Si Cinpin Rusiya prezidenti Vladimir Putinin dəvəti ilə martın 20-22-də Rusiyaya dövlət səfəri edəcək.

Danışıqlar zamanı Rusiya və Çin liderləri hərtərəfli tərəfdaşlıq və strateji əməkdaşlığın inkişaf etdirilməsi məsələlərini müzakirə edəcək, beynəlxalq arenada Rusiya-Çin əməkdaşlığının dərinləşdirilməsi kontekstində fikir mübadiləsi aparacaqlar.

Bildirilir ki, danışıqların yekununda tərəflər bir sıra mühüm ikitərəfli sənədlər imzalayacaqlar.

Mənbə: Gazeta.ru

İctimai.az