Taxıl müqaviləsi dolayı yolla Tokio üçün buğda qiymətlərini aşağı salırbackend

Yaponiya Kənd Təsərrüfatı, Meşə Təsərrüfatı və Balıqçılıq Nazirliyinin xarici ticarət departamentinin nümayəndəsi bildirib ki, Qara dəniz vasitəsilə taxıl ixracına dair müqavilənin uzadılması Yaponiyaya təsir edir, çünki bu, qlobal ərzaq qiymətlərinin aşağı düşməsinə kömək edir.

Bu barədə TASS məlumat yayıb.

“Yaponiya nə Rusiyadan, nə də Ukraynadan buğda idxal etmir və buna görə də taxıl müqaviləsinin cari uzadılması ölkəmizə birbaşa təsir göstərmir.

Bununla belə, bu, qlobal mühitə təsir edir və Yaponiyanın ABŞ, Kanada və Avstraliyada taxıl aldığı qiymətlərin formalaşmasına təsir göstərir”, – deyə adı açıqlanmayan rəsmi bildirib.

İctimai.az