ABŞ-ın keçmiş dövlət katibi Henri Kissincer İran və Səudiyyə Ərəbistanının yaxınlaşmasını strateji balansın dəyişməsi adlandırıb.
Bu barədə The Washington Post yazır.
“Çin son illərdə dünya nizamının yaradılmasında iştirak etməli olduğunu bəyan edib. İndi o, bu istiqamətdə mühüm addım atıb”, – deyən Kissincer, əvvəllər barışmaz düşmənlər arasında diplomatik münasibətlərin qaytarılmasına dair razılaşmanın məhz Çin sayəsində mümkün olduğuna diqqət çəkib.
Materialın müəllifi, köşə yazarı Devid İqnasisin fikrincə, Yaxın Şərqdəki vəziyyət ABŞ-ın artıq “bölgədə əvəzolunmaz güc” olmadığını göstərir.
İctimai.az

