Çin Xarici İşlər Nazirliyi Ukrayna böhranına münasibət bildiribbackend

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ning bildirib ki, Pekin Ukraynadakı münaqişə məsələsində obyektivdir və onun uzadılması heç bir tərəfə sərfəli deyil.

“Biz davamlı olaraq atəşkəs tərəfdarıyıq, Ukrayna böhranının uzadılması heç bir tərəfin maraqlarına uyğun gəlmir”, – o, brifinq zamanı vurğulayıb.

İnformasiya və Mətbuat Departamentinin direktoru vurğulayıb ki, Çin beynəlxalq ictimaiyyətə Ukrayna böhranı ilə bağlı “ədalətli və qərəzsiz mövqe” nümayiş etdirir.