Çin yeddi ay ardıcıl olaraq ABŞ dövlət istiqrazlarını satırbackend

Bu ilin fevralında ABŞ-ın dövlət borc qiymətli kağızlarına Çin investisiyalarının həcmi 12,5 il ərzində minimuma enərək 848,8 milyard dollar təşkil edib.Son qış ayında isə bu rəqəm 10,6 milyard dollar azalıb ki, bu da Çin hakimiyyətinin dövlət borcunu artırmaq strategiyasına uyğundur. “İzvestiya” qəzeti ABŞ Maliyyə Nazirliyinin (MN) statistikasına istinadən xəbər verir ki, son aylarda Amerika dövlət istiqrazlarını satıb.

“Fevralda Çinin ABŞ dövlət borcuna investisiya portfeli daha 10,6 milyard dollar azalaraq 848,8 milyard dollara düşüb.Pekinin ABŞ dövlət borcuna investisiyası son 12,5 ilin ən aşağı səviyyəsinə düşüb. Çin artıq yeddinci aydır ki, bu qiymətli kağızlardan pul çıxarır”, – materialda deyilir.