Fransada uçurtma festivalında avtomobil izdihamın üzərinə çırpılıbbackend
20 Minutes-in məlumatına görə, Fransanın şimalında uçurtma festivalında avtomobil sürücüsü izdihamın üzərinə sürüb.
Hadisə şənbə günü axşam Berk kommunasında (Montreuil-sur-Mer rayonu) baş verib.
Prokurorun sözlərinə görə, avtomobilin sükanı arxasında 76 yaşlı sürücü olub. O, əyləc pedalını qaz pedalı ilə səhv salaraq idarəetməni itirib.
Hadisə nəticəsində 11 nəfər xəsarət alıb, 4 qadının vəziyyəti ağırdır. “Sürücüdə alkoqol və narkotik testi mənfi çıxıb, şahidin müdaxiləsindən sonra yüngül xəsarətlər alıb”, – prokuror bildirib.