İsveç parlamenti hökumətin evakuasiyanın təşkilinə kömək etmək üçün səfirlik əməkdaşlarının və krallığın digər vətəndaşlarının Sudana göndərilməsi təklifini dəstəkləyib.
Bu barədə TASS məlumat yayıb.
Bütün partiyaların bu qərara səs verdiyi vurğulanır. Nazirlər Kabineti İsveç və xarici vətəndaşların çıxarılmasına kömək etmək üçün maksimum 400 hərbçi göndərə bilər. Missiya digər ölkələr və beynəlxalq təşkilatlarla birgə həyata keçiriləcək.
Bundan əvvəl Sudan Silahlı Qüvvələri ölkənin çevik qüvvələrinin (xüsusi təyinatlıların) vətəndaşlarını təxliyə etmək üçün Fransa səfirliyinin təşkil etdiyi konvoya hücum etdiyini bildirib.

