Cinayətkarların qaça bilməyəcəyi adları çəkilən polis avtomobilləribackend

“Motor.ru” saytının jurnalistləri müxtəlif ölkələrin polis avtomobillərini tədqiq edərək, hüquq-mühafizə orqanlarının ən ekzotik maşınlarının reytinqini tərtib ediblər.

Belə ki, Florida ştatının Panama Siti-Biç kurort şəhərində yerli polis əməkdaşları müsadirə edilmiş “Chevrolet Corvette C8” avtomobilini öz ehtiyaclarına uyğunlaşdırıblar, Səudiyyə Ərəbistanında isə küçələrdə elektriklə işləyən “Lucid Air” sedanında patrul aparılır.

Türkiyədə polis bir anda 23 lüks avtomobil alıb. Onların arasında Ferrari 458 Italia, Bentley Continental GT və Porsche Taycan da var. İtaliyada polis məmurları öz ehtiyacları üçün Lamborghini Urus Performante-dən istifadə edirlər.

Mənbə: Motor.ru