Çində ABŞ-ın dağılacağı açıqlandı

Çinin “Global Times” qəzetinin müşahidəçiləri öz məqalələrində ABŞ-ın öz hegemonluğunu saxlamaq cəhdlərinin iflasa uğrayacağını proqnozlaşdırıblar.

Onlar “yeni dünya nizamına çağıran” ölkələrin getdikcə daha çox olduğunu müşahidə ediblər. Bundan əlavə, artıq de-dollarizasiya gedir və dövlətlər regional çoxtərəfli əməkdaşlığa daha çox diqqət yetirirlər.

BRİKS-in əhəmiyyəti artır, Yeddilik Qrupu (G7) ölkələrinin təsiri isə azalır. Müəlliflər qeyd edirlər ki, Şanxay Əməkdaşlıq Təşkilatı kimi mexanizmlər getdikcə populyarlaşır.

“Bunlar ABŞ-ın hətta düşmən yaratmaq, təzyiqi artırmaq və ya başqalarına məcbur etmək yolu ilə də geri qaytara bilməyəcəyi tendensiyalardır”, – nəşr qeyd edir.

Mənbə: Lenta.ru

İctimai.az

Oxşar xəbərlər