Messi ilə Xavi arasındakı söhbətin təfərrüatları məlum olub

“Barselona”nın baş məşqçisi Xavi Ernandes PSJ-nin hücumçusu Lionel Messi ilə daim əlaqə saxlayır.

Bu barədə jurnalist Laya Tudel Prades Tot Costa Catalunya Radiosunun efirində yayımlanan proqramda məlumat verib.

Messi tez-tez Xaviyə kluba qayıtmaq istədiyini deyir. Həmçinin, oyunçu və məşqçi tez-tez Barselonada komanda, oyunlar, ab-hava və soyunub-geyinmə otağından danışırlar. Messi özü kluba qayıtması ideyasını təbliğ edir.

Eyni zamanda, Messi tez-tez “Barselona”dan birinci şəxslə danışır: “Biz qalib gəldik”, “Yaxşı oynadıq”. Xatırladaq ki, əvvəllər onlar bir neçə il komanda yoldaşı olublar.

Mənbə: Fanatik

İctimai.az

Oxşar xəbərlər