Tramp fırıldaqçılıq işi ilə bağlı ifadə vermək üçün Nyu Yorka gəlib

ABŞ-ın keçmiş prezidenti Donald Tramp Nyu-York ştatının baş prokuroru Letitia Ceymsə saxta maliyyə sənədləri ilə bağlı iş üzrə ifadə vermək üçün Manhettenə gəlib.

TASS xəbər verir ki, bu barədə o, özünün Truth Social sosial şəbəkəsində yazıb. “ABŞ-ın 45-ci prezidentinin növbəti ədalətsiz və gülünc təqibinin bir hissəsi olaraq Baş prokuror Letitia James-ə ifadə vermək üçün Manhettenə gəldi”, – Tramp yazıb.

O, həmçinin ABŞ Ədliyyə Nazirliyini və ABŞ prezidenti Co Baydenin ətrafını korrupsiyada və qarşıdan gələn seçkilərə müdaxilədə ittiham edib. Tramp ümid etdiyini bildirib ki, ABŞ xalqı seçkilərə müdaxiləyə və konstitusiyanın təhrifinə dözməyəcək.

İctimai.az

Oxşar xəbərlər