Çində koronavirusa son yoluxma sayıbackend

Çində son sutka ərzində daha 23 nəfərdə koronavirus aşkarlanıb, ölən olmayıb.

Bu barədə “worldometers.info”da məlumat verilib.

Bununla da ölkədə koronavirusa yoluxanların sayı 86 829-a çatıb, ölənlərin sayı əvvəlki kimi 4 634-dür. Ümumilikdə 81 886 xəstə sağalıb.

Ölkədə 309 aktiv koronavirus xəstəsi var ki, onlardan da 5-nin vəziyyəti ağır qiymətləndirilir.