Qarabağ qazisi evində ziyarət olunubbackend

96 saylı Goranboy-Naftalan seçki dairəsi üzrə Milli Məclisin deputatı Anar Məmmədov növbəti dəfə qazilərin qayğıları ilə maraqlanıb. Bu barədə o öz şəxsi facebook hesabında paylaşım edib.
“Rəşadətli Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin uğurlu siyasəti və qətiyyəti, həmçinin xalqımızın dəstəyi nəticəsində tarixi zəfərə imza atdı. Həm hərbi qulluqçularımız, həm də könüllü döyüşlərə yollanan igid oğullarımız böyük qəhrəmanlıq nümayiş etdirdilər. Azərbaycan Ordusu xalqımıza şərəfli anları yaşatdı. Qəhrəman oğullarımızın qanı, canı bahasına tarixi ədalət bərpa olundu.
İkinci Qarabağ müharibəsi zamanı ölkəmizin bütün bölgələrindən olduğu kimi qəhrəman Goranboy rayonu və Naftalan şəhərinin igid oğulları da torpaqlarımızın işğaldan azad olunmasında fəal iştirak etmiş, şəhidlik zirvəsinə yüksəlmiş və yaralanmışlar. İlk gündən etibarən tapşırıq və tövsiyələrimiz əsasında nümayəndəmiz Elçin Cahangirov şəhid ailələrini ziyarət etmiş, qazilərimizin yanında olmuş, səhhətləri və müalicələri ilə maraqlanmış, daxili imkanlarımız hesabına əlimizdən gələni etməyə çalışmışıq.
Şəkildə gördüyünüz şəxs Goranboy rayon Faxralı kənd sakini Süleymanov Tapdıq Fərhad oğludur. O, 27 sentyabr tarixindən ordu sıralarına könüllü yazılaraq silaha sarılıb və torpaqlarımızın azadlığı naminə ordu sıralarında xidmət etməyə başlamışdır. Lakin Ağdərə istiqamətində gedən döyüşlərdə sol ayağından ağır yaralanaraq hospitalda müalicə aldıqdan sonra həkimlərin icazəsi ilə ev şəraitində müalicəyə buraxılmışdır. Nümayəndəmiz Elçin Cahangirov, Qarabağ Müharibəsi əlilləri, veteranları və şəhid ailələri ictimai birliyinin Goranboy rayon filialının rəhbəri Orxan Əliyev, Çernobıl əlilləri cəmiyyətinin sədri Namiq Məmmədov qəhrəman hərbçimizin ailəsində olduğu müddətdə ailənin igid oğlu ilə əlaqə saxlayıb, ilk öncə Şanlı Qələbəmiz münasibətilə onu təbrik etdik, Allahdan şəfa dilədik, daha sonra isə belə igid və cəsur oğul övladı böyütdükləri üçün ailənin böyüklərinə minnətdarlığımızı bildirdik. 44günlük müharibə dövründə gedən döyüşlərdə yaralanan qazimiz öz növbəsində ona göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürünü bildirdi.
Sonda bir daha qazimizə təşəkkür edib, şəhid ailələri, qazilər və Vətən Müharibəsinin iştirakçılarının daim diqqətdə olacağını, onların hər zaman dövlətimizin qayğısını hiss edəcəklərini vurğuladıq. Şəhidlərimizə Allahdan rəhmət, yaralılara şəfa dilədik” – deyə Anar Məmmədov vurğulayıb.