Çində səmadakı qara üzük yerliləri qorxudubbackend

Axşam səmasında peyda olan qara üzük Çin sakinlərini qorxuya salıb.

KİV-in məlumatına görə, qəribə hadisə Şensi əyalətinin Şanbey bölgəsində insanlar tərəfindən müşahidə edilib. Bəziləri qara üzüyün şəkillərini çəkərək sosial şəbəkələrdə yerləşdirərkən, bəziləri bunun nə ola biləcəyi ilə maraqlanıb. Görüntüləri araşdıran mütəxəssislər bunun adi bir tüstü halqası və kondensasiya ola biləcəyi qənaətinə gəliblər.

“Mən yuxarı baxdım və bu qara dairənin çox yavaş-yavaş səmaya qalxdığını gördüm. Bir neçə belə tüstü halqası var idi”, – şahidlərdən biri bildirib.

Mənbə: A Haber