“Qazprom” İran Milli Qaz Şirkəti (NIGC) ilə İrana təbii qazın boru kəməri ilə nəqlinin təşkilinin inkişafı üzrə Strateji Memorandum imzalayıb. Bu barədə Rusiya şirkəti öz Telegram kanalında yazıb.
“Tərəflər gələcəkdə uzunmüddətli qarşılıqlı faydalı əməkdaşlığın inkişafından çıxış edirlər”, – bəyanatda deyilir.
Qazprom nümayəndə heyətinin İrana səfəri çərçivəsində şirkətin idarə heyətinin sədri Aleksey Miller ilə İslam Respublikasının neft naziri Cavad Ouca arasında da görüş keçirilib. Tərəflər memorandumun həyata keçirilməsi üzrə addımları, o cümlədən enerji sahəsində ikitərəfli əməkdaşlığın digər məsələlərini müzakirə ediblər.
Mənbə: Bloomberg