Çində tarixdə ilk dəfə olaraq donuzun qaraciyəri insana köçürülübbackend

Sian şəhərindəki Dördüncü Hərbi Tibb Universitetinin çinli alimləri geri dönməz komada olan bir xəstəyə geni dəyişdirilmiş donuzdan ilk eksperimental qaraciyər transplantasiyasını həyata keçiriblər.

Araşdırma “Nature” elmi jurnalında dərc olunub.

Orqan altı geni redaktə edilmiş miniatür donuzdan götürülüb. Resipient beyin funksiyasının geri dönməz itkisi diaqnozu qoyulmuş, həyatı tibbi avadanlıqla dəstəklənən yetkin idi.

Təcrübə 10 gün davam etdi və subyektin ailəsinin istəyi ilə dayandırıldı. Müşahidə müddətində transplantasiya edilmiş qaraciyər normal fəaliyyət göstərərək öd və protein albumin istehsal edirdi.