Yenilənmiş Wey Lanshan hibrid krossoveri Çində debüt etdi.
Bu barədə carnewschina.com məlumat yayıb.
Avtomobil yeni kuzov rəngləri, xrom hissələrin əvəzinə parlaq qara xarici elementlər, eləcə də yeni qara çoxmilli təkərlər və opsiyaya görə qırmızı əyləc kaliperləri alıb.
Salon 15,6 düymlük mərkəzi displeyli multimedia sistemi, qabaq sərnişin üçün eyni ölçülü əlavə ekran və idarə paneli əvəzinə planşetlə təchiz edilib. Arxa sərnişinlər üçün tavan ekranı təmin edilir.
Krossover 1,5 litrlik turbomühərrikdən və arxa oxa quraşdırılmış 299 at gücünə malik iki elektrik mühərrikindən ibarət plug-in hibrid sistemi ilə təchiz edilib. Krossover 0-dan 100 km/saata 4,9 saniyəyə sürətlənir.
Bundan əvvəl məlum olub ki, Çin avtomobil istehsalçısı BYD daxili bazarda taksi istifadəsi üçün E7 sedanının satışına başlayıb.