Çində torpaq sürüşməsi 14 nəfəri tələyə salıbbackend

Çinin cənubundakı Quandun əyalətində torpaq sürüşməsi nəticəsində 14 nəfər dağıntılar altında qalıb, Çin Mərkəzi Televiziyası (CCTV) məlumat yayıb.

Hadisə avqustun 6-da səhər saatlarında Quançjou şəhərinin Baiyun rayonunda baş verib. Yaşayış binasının uçmasına rayona yağan güclü yağış səbəb olub.

Yerli vaxtla saat 12:00-a olan məlumata görə, dağıntılar altından 7 nəfər xilas edilib. Onların vəziyyəti stabil qiymətləndirilir. Axtarış-xilasetmə əməliyyatı davam edir.

İyulun sonunda Çinin Su Təsərrüfatları Nazirliyi daşqın təhlükəsi ilə əlaqədar Pekində fövqəladə cavab rejimi elan edib. Səbəb iyulun 24-dən paytaxta yağan güclü yağışlar olub. Şimal-şərqdəki Miyun su anbarı 1964-cü ildə yaradılandan bəri rekord miqdarda su axını qeydə alıb.