Doxsan yaşlı Çin sakini Çjan Çjonyi təxminən otuz ildir ki, ölkə daxilində üçtəkərli velosipedlə səyahət edir.
South China Morning Post qəzetinin məlumatına görə, bütün ailəsini itirdikdən sonra o, kədərlə mübarizə aparmaq və rahatlıq tapmaq üçün bunu seçib.
Tək qalan Çjan 1990-cı illərdə Henan əyalətindəki doğma şəhərini tərk edərək yola düşüb. Əvvəlcə adi velosipedlə səyahət edən Çjan daha sonra üçtəkərli velosipedə keçib. 30 il ərzində minlərlə kilometr yol qət edib.
Çjan deyir ki, köhnə ağrıları yenidən yaşamaqdan qorxaraq uzun müddət evə qayıtmaqdan çəkinib.
“Keçmişdən əl çəkdim. İndi ömrümün qalan hissəsini səyahət etmək və təbiətin gözəlliyindən zövq almaq istəyirəm”, – deyə o bildirib.














