Çinin baş naziri Almaniya vitse-kansleri ilə görüşü ləğv edibbackend

Çin Dövlət Şurasının baş naziri Li Tsyan Almaniyanın baş nazirinin müavini və iqtisadiyyat naziri Robert Habeklə görüşdən imtina edib. Bu barədə Almaniyanın Welt nəşri alman nümayəndə heyətindəki mənbələrə istinadən məlumat yayıb.

“Vitse-kansler Robert Habek (Yaşıllar Partiyası) Çinə səfəri zamanı mühüm görüşü ləğv etmək məcburiyyətində qalıb. Baş nazir Li Qian ilə şənbə günü baş tutması gözlənilən görüş baş tutmayacaq”, – nəşr yazır.

Cümə günü Pekin, Şanxay və Hançjoudakı həmkarları ilə görüş üçün Çinə gələn Habaek özü Li ilə görüşün niyə baş tutmayacağı barədə heç bir fikri olmadığını söylədi.

Mənbə: Welt