Venesuela parlamentində ifrat sağçı müxalifət namizədləri yeni çevriliş planlaşdırır. Bu barədə ölkə prezidenti Nikolas Maduro özünün YouTube videohostinq səhifəsində videoçarxda bildirib.
Monaqas ştatında tərəfdarları ilə söhbəti zamanı Maduro bildirib ki, ölkə hakimiyyəti və müxalifət sülh naminə tarixi razılaşma əldə edə bilib və bu razılaşmanı demək olar ki, bütün müxalifət liderləri imzalayıb.
“Oliqarxiyanın iki kuklası imza atmadı. Sizcə, niyə onlar seçki komissiyasının qərarlarına və nəticələrə hörmətlə yanaşmağa dair müqavilə imzalamadılar? Çünki onlar saxtakarlıq iddiasında olmaq niyyətindədirlər. Çünki onlar zorakılıq və dövlət çevrilişi törətmək niyyətindədirlər”, – Maduro bildirib.
Mənbə: RİA Novosti