Çinin Ukraynanı ABŞ-ın aləti kimi qəbul etməsi Zelenskinin xoşuna gəlməyibbackend

Ukrayna prezidenti Vladimir Zelenski Çinin Kiyevi yalnız ABŞ-ın aləti kimi qəbul etməsindən narazıdır.

Bu barədə mənbələrə istinadən New Statesman nəşri yazıb.

Qeyd olunur ki, Ukrayna lideri Sinqapurda keçirilən “Şanqri-La Dialoq” regional təhlükəsizlik forumu zamanı Çin nümayəndə heyəti ilə görüşmək niyyətində olub, lakin bu görüş baş tutmayıb.

Məqalədə deyilir: “Zelenski Çinin Ukraynanı sadəcə Vaşinqtonun aləti kimi qəbul etməsindən qıcıqlandığını gizlədə bilməyib.

İyunun 2-də Zelenski Çinin Rusiya prezidenti Vladimir Putinin əlində alət olduğunu deyib.

Mənbə: A Haber