Çexiyada qatarın toqquşması nəticəsində 4 nəfər ölübbackend

Çexiyanın Pardubitse şəhərində sərnişin və yük qatarının toqquşması nəticəsində azı 4 nəfər ölüb, 20-dən çox insan yaralanıb. Bu barədə iDNES.cz xəbər portalı fövqəladə xidmətlərə istinadən məlumat yayıb.

Portalın məlumatına görə, zərərçəkənlərdən bəzilərinin vəziyyəti ağırdır. Hadisə yerində axtarış-xilasetmə xidmətləri işləyir, 36 yanğınsöndürmə briqadası və iki helikopter cəlb olunub.

“Rejio Jet” sərnişin qatarı Praqadan Slovakiyanın şərqindəki Koşitse şəhərinə gedirmiş və içərisində 300-dən çox sərnişin olub. Toqquşma yerli vaxtla saat 22:53-də baş verib. Təxminən 20 nəfərin olduğu sərnişin qatarının ilk vaqonuna ən böyük ziyan dəyib.

Mənbə: iDNES.cz