Cokoviç Federerin rekordunu qırıbbackend

Serbiyalı tennisçi Novak Cokoviç Indian Wellsdə keçirilən Masters yarışında avstraliyalı Aleksandr Vukiçə qalib gəlib.

Görüş 6:2, 5:7, 6:3 hesabı ilə başa çatıb.

Bu qələbə Masters seriyalı turnirlərdə 265-ci olub. Bu göstəriciyə görə o, 264 qələbəsi olan isveçrəli Rocer Federeri keçib.

Növbəti mərhələdə Cokoviç italiyalı Luka Nardi ilə qarşılaşacaq.

Mənbə: NTV Spor