ABŞ hipersəsli Talon-A (TA-1) təyyarəsini sınaqdan keçirib.
Bu barədə Stratolaunch MMC-nin saytında məlumat verilib.
“Stratolaunch” MMC “Talon-A” sınaq təyyarəsi TA-1-in ilk idarə olunan uçuşunun uğurla başa çatdığını məmnuniyyətlə elan edir”, – deyə məlumatda bildirilir.
Şirkət ABŞ Hərbi Dəniz Qüvvələrinin hipersəsli uçuşun inkişafı proqramı çərçivəsində müqavilə alıb. Qurğunun havadan təhlükəsiz eniş, mühərrikin alışması, sürətlənməsi, dırmaşması və suya idarə olunan eniş üçün sınaqdan keçirildiyi bildirilir.
Mənbə: A Haber