İsveçrə mühafizəkarları Aİ ilə əlaqələrin gücləndirilməsinə qarşıdırlarbackend

İsveçrə Xalq Partiyasından (SPP) olan İsveçrə mühafizəkarları federasiyanın Avropa İttifaqı ilə əlaqələrinin gücləndirilməsinə qarşı çıxıblar.

Bu barədə Blick nəşri yazır.

Belə ki, partiya ölkə hökumətinin Aİ ilə əlaqələrin qurulması üçün yol xəritəsi hazırlamasına cavab verib.

“İsveçrənin kimliyi və müstəqilliyi təhlükə altındadır. Gələcəkdə Aİ qanunları İsveçrədə avtomatik olaraq tətbiq olunacaq.  Brüsselə milyardlarla pul ödəməli olacağıq. İsveçrə əhalisinə isə heç nə deməyə icazə verilməyəcək”, SNP sədri Marko Çiesa Bern və Brüssel arasında əlaqələrin gücləndirilməsinin nəticələrini açıqlayıb.

Mənbə: Gazeta.ru