ÇSKA-nın əfsanəsi Qazaxıstana qayıda bilərbackend

Braziliyalı futbolçu Vaqner Lavın agenti Evandro Ferreyra forvardın Qazaxıstandan kluba qayıdacağını istisna etməyib.

“Atletico Goianiense ilə ilin sonuna qədər müqaviləsi var. Sonra onun hansı yolu seçəcəyini görəcəyik. Amma heç şübhəsiz, əgər Vaqner Lav Qazaxıstandan təklif gəlsəydi, bunu böyük sevinclə dəyərləndirərdi. Vaqner Lav orada xoşbəxt idi və çox yaxşı rəftar etdilər”, – deyə agent bildirib.

39 yaşlı forvardın Braziliya A Seriyasında çıxış edən “Atletiko Qoyanense” klubu ilə müqaviləsi 31 dekabr 2024-cü ilə qədərdir. Transfermarkt portalı forvardı 250 min avro dəyərində qiymətləndirib.

Mənbə: Sports.ru