Dağıdıcı zəlzələdən sonra Türkiyə turu satışları geri döndübackend

Türkiyəyə səfərlərə tələb faciəli zəlzələdən əvvəlki səviyyəyə qayıdıb.

“İnterfaks” turizm şirkətlərinə istinadən xəbər verir ki, ruslar yaz tətili və may bayramları üçün turların sifarişində ən fəaldırlar.

“İntourist” turoperatorunun mətbuat xidmətindən bildiriblər ki, “Türkiyəyə turlar üçün sifarişlər əvvəlki orta gündəlik göstəricilərə qayıdıb”. Onlar həmçinin qeyd ediblər ki, martın 8-i daxil olmaqla, Antalyada bütün bloklar bağlıdır.

Bundan əlavə, məktəblilərin yaz tətili üçün Antalya kurortlarına rezervasiyalar, habelə İstanbula öz çarter reysləri ilə turlar populyardır.

Mənbə: Haber Türk

İctimai.az