Suriyaya ümumilikdə 5 milyard dollardan çox iqtisadi ziyan dəyib – ölkədə zəlzələlərin ümumi zərəri 5,1 milyard dollar təşkil edib.
Eyni zamanda, zədələnmiş infrastrukturun dəyəri bu dövlətin ümumi daxili məhsulunun (ÜDM) təxminən 10%-i kimi qiymətləndirilir.
Bu barədə Dünya Bankının (DB) analitiklərinin hesabatında deyilir. “Fevralın 6-da baş verən zəlzələlər Suriyaya 5,1 milyard dollar birbaşa fiziki ziyan vurub.
Zədələnmiş və məhv edilmiş əsas kapitalın cari dəyəri ÜDM-in təxminən 10%-i həcmində qiymətləndirilir. Böyük miqyaslı dağıntılar Suriyanın təxminən 10 milyon əhalisinin yaşadığı 4 bölgəyə dəyib”, deyə təşkilatın press-relizində deyilir.
Mənbə: Lenta.ru
İctimai.az

