Dağıstan Müftiliyi Rostov-na-Donudakı istintaq təcridxanasında girov götürən məhbusların əməllərini pisləyib və cəmiyyəti cinayətkarların əməllərini İslam dini ilə əlaqələndirməməyə çağırıb. Bu barədə RİA Novosti məlumat yayıb.
Müftilik radikalizmin istənilən təzahürünü pislədiklərini, cəmiyyəti cinayətkarların əməllərini İslamla əlaqələndirməməyə çağırdıqlarını vurğulayıb.
Bəyanatda qeyd olunur ki, radikalizmin bu cür təzahürlərinin İslamla heç bir əlaqəsi yoxdur və yalnız ona zərər verir, çünki cəmiyyət İslamı ekstremizm və terrorizmlə əlaqələndirməyə başlayır.
Mənbə: RİA Novosti