Murmansk vilayətinin qubernatoru Andrey Çibis Balinaların Mühafizəsi Mərkəzinin yaradılmasının zəruriliyini bəyan edib. Bu barədə vilayət hökumətinin saytında məlumat verilib.
Çibis, yaralı balinanı xilas etmək üçün yaradılan əməliyyat qrupunun üzvləri ilə görüş zamanı onlara minnətdarlığını bildirib və balinanın komanda işi nəticəsində xilas edildiyini qeyd edib.
Qubernatorun sözlərinə görə, bölgədə Balinaları Mühafizə Mərkəzinin yaradılması barədə qərar qəbul edilib. Onun tərkibinə operativ cavab qrupu daxil olacaq.
Mənbə: TASS