ABŞ-ın keçmiş prezidenti Donald Trampın qolundakı qırmızı ləkələr siyasətçinin sifilis xəstəliyinə tutulduğunu göstərmir. Bu barədə dermatoloq Bild-ə müsahibəsində bildirib.
Fotolardan birində Trampın barmaqlarında və ovuclarında qırmızı ləkələr müşahidə edilib. Klintonun keçmiş müşaviri Ceyms Karvil bildirib ki, bu, sifilisin ikinci mərhələsinin sübutudur.
Bir dermatoloq Bild-ə deyib ki, bu, qətiyyən sifilis deyil və Trampın əllərinin vəziyyəti onun səhhətinin vəziyyətini göstərmir. Həkimin fikrincə, zərərsiz dəri xəstəliyi ola bilər.
Mənbə: Bild