İş adamı və SpaceX-in qurucusu İlon Mask qarşıdan gələn prezident seçkilərində ABŞ-ın hazırkı prezidenti Co Baydenə səs verməyi planlaşdırmadığını bildirib. Sahibkar X sosial şəbəkəsində (keçmiş Twitter) Ağ Evin hazırkı sahibini dəstəkləmək istəmədiyini yazıb.
Milyarder CNBC telekanalına verdiyi müsahibəyə həsr olunmuş postun altında müvafiq şərh dərc edib. Jurnalistlərlə söhbəti zamanı Mask 2020-ci il seçkilərində Baydenə səs verdiyini etiraf edib.
“Bu dəfə Baydenə səs verəcəyimi təsəvvür edə bilmirəm” dedi iş adamı.
Mənbə: Haber.com
