Dərslər 15 sentyabrda açılacaq?  RƏSMİ AÇIQLAMAbackend

“Bu gün sosial şəbəkələrdə Nazirlər Kabineti yanında operativ qərargaha istinadən guya dərslərin 15 sentyabradək təxirə salınması ilə bağlı yayılan xəbər yanlışdır”.

Bunu Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov özünün “Facebook” səhifəsində bildirib.

Onun sözlərinə görə, belə yanlış xəbərlərin yayılması cinayət tərkibi yaradır:

“Rəsmi qurumların xəbərlərinə istinad edin, doğrusunu bizimlə bölüşün”.

Qeyd edək ki, sosial şəbəkələrdə koronavirus (COVID-19) infeksiyasının Azərbaycan Respublikası ərazisində geniş yayılmasının qarşısının alınması və əhalinin sağlamlığının təmin olunması məqsədilə bütün təhsil müəssisələrində dərslərin 15 sentyabr 2020-ci il tarixinədək dayandırılması barədə məlumat yayılıb.

İctimai.az