Nadir Adilovdan hədiyyəli #evdəqal çağırışıbackend

Hüquq üzrə fəlsəfə doktoru, biznes mentor, işgüzar inkişaf yazarı Nadir Adilov / Nadir Adilman koronavirusla bağlı #evdəqal çağırışı edib. 

İctimai.az xəbər verir ki, Nadir Adilov bu barədə “Facebook” səhifəsində paylaşım edib.

“Mövcud pandemiya böhranından sonra biznes üçün önəmli məsələlərdən biri Korporatov Sosial Məsuliyyət (KSM) olacaq.

Karantin dövrü bitdikdən sonra #evdəqal çağırışına əməl edən bütün dostlara hədiyyə ediləcək qədər kitab var.

Təki evdə qalın, sağlam qalın.

Kitabın nəşrini öz sosial məsuliyyət çərçivələrinə daxil etdiyi üçün Azfood Logistics and Supply Chain BMC Marsol MMC yə təşəkkür edirəm.”

Qeyd edək ki, Nadir Adilov “GƏNCSƏN? BAŞLA!”,  “MƏQSƏDLİSƏN?! “, “O GƏLƏCƏK?!” və digər kitabların müəllifidir.

İctimai.az