“#Evdə qal – inkişafından qalma” devizi altında distant elektron inşa-yazı müsabiqəsinə start verilirbackend

“#Evdə qal – inkişafından qalma” devizi altında distant elektron inşa-yazı müsabiqəsinə start verilir.
Nərimanov Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə koronavirus (COVID-19) pandemiyası ilə mübarizə məqsədilə “#Evdə qal – inkişafından qalma” devizi altında distant elektron inşa-yazı müsabiqəsinə start verilir. Müsabiqənin məqsədi karantin rejimi müddətində evdə qalan məktəblilərin asudə vaxtının səmərəli təşkil edilməsidir.
Məktəblilərin asudə vaxtlarının səmərəli təşkili onların inkişafında vacib istiqamətlərdən biridir. Asudə vaxtın səmərəli təşkil edilməsi şagirdlərin həm fiziki, həm də psixi sağlamlığına böyük təsir edir. Hazırda yeniyetmələr günün bütün hissəsini evdə keçirirlər. İnkişafdan qalmamaq üçün Nərimanov Rayon Gənclər və İdman İdarəsi tərəfindən elektron inşa yazı müsabiqəsi keçirilir.
İnşalar 08-17 aprel 2020-ci tarixlərində elektron qaydada yazılaraq İdarənin email ünvanına göndərilməlidir. ([email protected])
Müsabiqədə qalib gələn şagirdlər Nərimanov Rayon Gənclər və İdman İdarəsinin facebook səhifəsində elan ediləcək və karantin müddəti bitdikdən sonra mükafatlandırılacaqlar.
Qeyd: inşalar word fayılda (doc və ya docx) Arial 12 şrifti ilə 1-2 səhifə həcmində yazılmalıdır. Bir şagird 1 inşa təqdim edə bilər.

İctimai.az