Hollivud aktyorları Leonardo Di Kaprio və Robert De Niro Kamala Harrisin ABŞ prezidentliyinə namizədliyini dəstəkləyiblər.
Bu barədə CBS News xəbər verir.
Nəşr qeyd edir ki, aktyorlar Filadelfiyada seçkiqabağı görüşdə iştirak ediblər, onlar seçicilərə səsvermənin vacibliyi haqqında nitqlə müraciət ediblər.
De Niro Respublikaçılar Partiyasının namizədi Donald Trampa nifrət etdiyini bəyan edib. Aktyor amerikalıları seçki günü məsuliyyətli seçimlər etməyə çağırıb.
DiCaprio, Harrisi iqlim dəyişikliyi məsələsində dəstəkləyərək, komandasının texnogen iqlim böhranı ilə bağlı elmi araşdırmaları inkar etmədiyini vurğuladı.